Bank Of Baku

Faiq Tağızadə: “Fövqəladə hallarda zirzəmilər 48 saat müddətinə təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilməlidir”

Faiq Tağızadə: “Fövqəladə hallarda zirzəmilər 48 saat müddətinə təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilməlidir”
# 28 fevral 2007 14:37 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi nazirlik yaranmamışdan əvvəl verilən icazələr əsasında bəzi yerlərdə aparılan tikintiləri dayandırıb. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib: “Hazırda həmin tikililərlə bağlı nazirlik müvafiq araşdırmalar aparılır. Elə tikililər var ki, bir layihə tutulub, amma tikinti başqa səpkidə aparılır. Bununla bağlı müvafiq qərar qəbul ediləcək”.
F. Tağızadə zirzəmilərin fövqəladə hallara hazırlığı barədə də məlumat verib. Nazir müavinin sözlərinə görə, lazım olan təqdirdə, zirzəmilər 48 saat müddətinə təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilməlidir: “Vaxtilə kimlərsə bəzi zirzəmilərdən necə gəldi istifadə edib. Çalışırıq ki, zirzəmilər təyinatı üzrə istifadə olunsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR