Bank Of Baku

Türkiyənin Ortadoğu Texniki Universitetində azərbaycanlı tələbələrlə solçu qruplar arasında qarşıdurma baş verib

Türkiyənin Ortadoğu Texniki Universitetində azərbaycanlı tələbələrlə solçu qruplar arasında qarşıdurma baş verib
# 28 fevral 2007 15:55 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Xocalı soyqırımının ildönümü günü azərbaycanlı tələbələr qaldıqları yataqxananın divarlarına asılmış “Hrant Dink və xalqların qardaşlığı” mövzusunda plakatları cırıblar. Bu zaman həmin plakatları asan solçu tələbələrlə soydaşlarımız arasında qarşıdurma baş verib. Dünən səhər saatlarında solçu qruplar universitetin qarşısında Hrant Dinkə həsr olunmuş xüsusi vərəqələr yaymağa cəhd göstərib, bu zaman azərbaycanlı tələbələr onlara vərəqələri paylamağa imkan verməyiblər. Tələbələr arasında qarşıdurma bir müddət davam edib, hadisə yerinə jandarma qüvvələri çağırıldıqdan sonra tələbələr dağılışıblar. “Xalqların qardaşlığı” ideologiyasını müdafiə edən solçu qruplar azərbaycanlı tələbələrlə qarşıdurmaya həsr olunmuş toplantı keçirib və divarlara asılmış plakatları dəyişmək barədə qərar veriblər. Qərara əsasən yataqxana və universitetin divarlarına asılan plakatlar üzərinə “Hamımız erməniyik, hamımız azəriyik, hamımız türkük, hamımız kürdük, hamımız ərəbik” sözləri yazılmış afişalarla əvəzlənib. Daha sonra solçular plakatların azərbaycanlı tələbələr tərəfindən cırılmasına etiraz əlaməti olaraq universitetdən yataqxanalara qədər yürüş keçiriblər. Yürüş zamanı heç bir insident baş verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR