Bank Of Baku

Zaqatalada Sevil Qazıyevanın anadan olmasının 67-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Zaqatalada Sevil Qazıyevanın anadan olmasının 67-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 01 mart 2007 07:58 (UTC +04:00)
Zaqatala rayonunda Sosialist Əməyi Qəhrəmanı və Azərbaycanın ilk mexanizator qadını Sevil Qazıyevanın anadan olmasının 67-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon icra hakimiyyəti aparatından məlumat verilib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, anım mərasimində rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları S. Qazıyevanın abidəsini ziyarət edib, onunla bağlı xatirələrini söyləyiblər. Tədbirdə Sevil Qazıyevanın əmək fəaliyyətindən bəhs edən süjetlər nümayiş etdirilib, Nəbi Xəzrinin “Günəşin bacısı” poemasından teatrlaşdırılmış səhnələr göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR