Bank Of Baku

MAU tələbələri Təhsil Nazirliyinin binası qarşısında piket keçirmək cəhdlərini davam etdirəcəklər

MAU tələbələri Təhsil Nazirliyinin binası qarşısında piket keçirmək cəhdlərini davam etdirəcəklər
# 01 mart 2007 09:13 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri Təhsil Nazirliyinin binası qarşısında kütləvi aksiyaları davam etdirəcəklər. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, tələbələrin təhsil hüquqları bərpa olunmadığı üçün komitə aksiyaların davam etdirilməsi qərarına gəlib: “Müdafiə Komitəsinin növbəti iclasında aksiyanın vaxtı təyin olunacaq. Biz Təhsil Nazirliyi ilə bərabər digər aidiyyəti qurumların da binaları qarşısında piketlər keçirəcəyik”. Tələbələrin yenidən aclıq aksiyasına başlayıb-başlamayacaqlarına gəldikdə, V. Süleymanov hələlik bu barədə müzakirələrin aparılmadığını qeyd edib.
Xatırladaq ki, ötən gün MAU-nun 100-dən artıq tələbəsi Təhsil Nazirliyinin binası qarşısında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR