Bank Of Baku

İnsan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadın həbs edilib

İnsan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadın həbs edilib
# 18 iyul 2007 10:56 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan azərbaycanlı qadını həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Bakı şəhər sakini Fatma Həsənovanın gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girdiyi müəyyənləşdirilib. Məlum olub ki, o, bu məqsədlə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. F. Həsənova həbs edilib. Faktla bağlı cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR