Bank Of Baku

Gəncədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində 24 hərbçi yaralanıb

Gəncədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində 24 hərbçi yaralanıb
# 19 iyul 2007 11:08 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hərbçilər təlim mərkəzinə gedərkən baş verən qəza nəticəsində müxtəlif bədən xəsarəti almış 28 nəfər hospitala çatdırılıb. Onlardan 26-nın vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağırdır. Hər 2 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub.
APA-nın Qərb bürosu isə bildirir ki, maşında 50 hərbçi olub. Onların hamısı hospitalda müayinə edildikdən sonra 22 nəfəri hərbi hissəyə göndərilib, 28 nəfər isə hospitalda saxlanılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR