Bank Of Baku

75 yaşlı Qazax sakini həyat yoldaşını baltalayaraq öldürüb

75 yaşlı Qazax sakini həyat yoldaşını baltalayaraq öldürüb
# 23 iyul 2007 13:52 (UTC +04:00)
Qazax rayon sakini, 1932-ci il təvəllüdlü İmran Həsən oğlu Arıxov həyat yoldaşını qətlə yetirib. Bu barədə APA-nın Qərb bürosuna Qazax rayon Polis Şöbəsinin rəisi Ədalət Şükürov məlumat verib. Onun sözlərinə görə, iyulun 21-də təxminən səhər saat 06:20-də İ. Arıxov yaşadıqları mənzildə həyat yoldaşı, 60 yaşlı Bəsti Zeynalabdin qızı Hüseynovanın baş və boyun nahiyələrinə 5 dəfə balta ilə zərbə endirərək onu öldürüb. Olayla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR