Ağdaşda evini fahişəxanaya çevirmiş qadın yaxalanıb

Ağdaşda evini fahişəxanaya çevirmiş qadın yaxalanıb
# 24 iyul 2007 08:14 (UTC +04:00)
Ağdaş şəhərinin mərkəzində öz evini pritona çevirmiş rayon sakini yaxalanıb. APA-nın Aran bürosunun məlumatına görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları 42-ci məhəllə adlandırılan yaşayış massivində 1967-ci il təvəllüdlü Hökümə Məhəmməd qızı Əhmədovanın evinə baxış keçiriblər. H. Əhmədovanın şəxsi mənzilində əxlaqsızlıqla məşğul olan bir neçə qadının olduğu müəyyən edilib. Məlum olub ki, onları bu yola ev sahibəsi cəlb edib. Faktla bağlı cinayət işi açılıb. İstintaq aparıldığından ətraflı məlumat verilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR