Bank Of Baku

Xocahəsən bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılıb

Xocahəsən bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılıb
# 26 iyul 2007 11:50 (UTC +04:00)
Xocahəsən bələdiyyəsinin sədri Ədalət Seyidov bələdiyyə iclasının qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Xocahəsən bələdiyyəsindən APA-ya verilən məlumata görə, sədr öz ərizəsi ilə vəzifəsini tərk edib. Onun yerinə əvvəllər bələdiyyədə sədr müavini işləmiş Zəfər Mənsimov seçilib. Qeyd edək ki, Xocahəsən bələdiyyəsi Binəqədi rayonunun inzibati ərazisində formalaşıb və 11 nəfər üzvü olub. Bu günədək üzvlərdən ikisi dünyasını dəyişib. Baş verən dəyişiklik son iki ildə Bakı bələdiyyələrində saysa 15-ci sədr dəyişikliyidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR