Bank Of Baku

Vəkili Müşfiq Hüseynovun həkim nəzarətində saxlanılması üçün təcridxananın rəhbərliyinə müraciət edib

Vəkili Müşfiq Hüseynovun həkim nəzarətində saxlanılması üçün təcridxananın rəhbərliyinə müraciət edib
# 28 iyul 2007 10:10 (UTC +04:00)
Bu barədə APA-ya M. Hüseynovun vəkili Vüqar Xasayev məlumat verib. Vəkil M. Hüseynovun həkim nəzarətində saxlanılması üçün təcridxananın rəhbərliyinə müraciət etdiyini bildirib: “Müşfiq Hüseynov vərəm və bağırsaq xəstəliyindən əziyyət çəkir. Hazırda o həkim nəzarəti altında saxlanılır”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN və Baş Prokurorluğun əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. M. Hüseynovun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəti verilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR