Bank Of Baku

Donetsk-Bakı sərnişin təyyarəsi Türkmənistanın Türkmənbaşı şəhərinə məcburi eniş edib

Donetsk-Bakı sərnişin təyyarəsi Türkmənistanın Türkmənbaşı şəhərinə məcburi eniş edib
# 30 iyul 2007 07:48 (UTC +04:00)
Bu barədə APA-ya təyyarənin sərnişinlərindən biri məlumat verib. Onun sözlərinə görə, təyyarədə 120 sərnişin var. “AzAL”-dan isə APA-ya bildirilib ki, məcburi enişin səbəbi hər hansı texniki nasazlıq deyil, sadəcə, qatı tumanla bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanının təyyarə qəbul edə bilməməsidir. Donetsk-Bakı təyyarəsinin yaxın saatlarda Bakıya gələcəyi gözlənilir. “AzAL”-dan onu da bildiriblər ki, Tehrandan gələn təyyarəni də gecə saatlarında qəbul etmək mümkün olmayıb. Həmin təyyarə bir qədər əvvəl Bakıya enə bilib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR