Bank Of Baku

Zaqatalada baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 yaşlı uşaq həlak olub

Zaqatalada baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 yaşlı uşaq həlak olub
# 30 iyul 2007 08:52 (UTC +04:00)
Ötən gecə Zaqatalada baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 yaşlı uşaq həlak olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Hadisə ötən gecə saat 21:00 radələrində rayonun Qazangül qəsəbəsində baş verib. Qazangül qəsəbə sakini, 1980-ci il təvəllüdlü Elman Məhəmməd oğlu Şabanov atasına məxsus motosikletlə 2005-ci il təvəllüdlü Nurcan Əhəd qızı Ellazovanı vuraraq hadisə yerindən qaçıb. 2 yaşlı Nurcan hadisə yerindəcə keçinib. Hadisəni törədən Elman Şabanov qısa müddətdən sonra həbs olunub. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR