Bank Of Baku

Salyan sakinləri vəhşi heyvanların mal-qaraya hücum etməsi faktlarının artdığını bildirir

Salyan sakinləri vəhşi heyvanların mal-qaraya hücum etməsi faktlarının artdığını bildirir
# 30 iyul 2007 11:16 (UTC +04:00)
Salyanın Şorsulu, Sarvan, Dayıkənd və Marışlı kəndlərində vəhşi heyvanların kəndlərə ev heyvanlarına hücum etməsi faktları qeydə alınıb. Bu barədə APA-ya Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədov məlumat verib. Onun sözlərinə görə, son vaxtlar canavar və çaqqalların axşam saatlarında kənd yolunda görünməsi, həyətlərə daxil olması adi hal alıb. E. Məmmədov bir neçə gün əvvəl Marışlı kəndində canavarın həyətlərin birindən qoyun apardığını da qeyd edib. Salyan rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Həsənov isə APA-ya açıqlamasında bu məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, adıçəkilən kəndlərin hamısında idarə tərəfindən yoxlamalar keçirilib və narahatçılıq yaradan hər hansı məqam aşkar olunmayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR