Bank Of Baku

Yol qəzasında daha bir hərbçi həlak olub

Yol qəzasında daha bir hərbçi həlak olub
# 30 iyul 2007 11:57 (UTC +04:00)
Yol qəzasında daha bir hərbçi həlak olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin əsgəri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Aydın Kərimovun idarə etdiyi "VAZ-2106" markalı maşınlar toqquşub. Nəticədə N. Məmmədov aldığı xəsarətdən hadisə yerində keçinib. Xəsarət almış A. Kərimovun sərnişini, Bakı şəhər sakini Mirzə Kərimov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya bildirib ki, həlak olmuş əsgər Müdafiə Nazirliyinin hərbçisi deyil. Digər orqanlardan isə əlavə məlumat almaq mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR