Bank Of Baku

Sahil qəsəbəsində “Mercedes” markalı avtomobil ər və arvadı vurub

Sahil qəsəbəsində “Mercedes” markalı avtomobil ər və arvadı vurub
# 30 iyul 2007 13:25 (UTC +04:00)
Qaradağ rayonu ərazisindəki Sahil qəsəbəsində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Ramiz Babayev idarə etdiyi “Mercedes 220” markalı maşınla qəsəbə sakinləri Əkbər Əsgərov və onun həyat yoldaşı Rəhilə Əsgərovanı vurub. Nəticədə ər və arvad aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Ölümlə nəticələnən daha bir yol qəzası Qəbələ rayonunun Əmirvan kəndində baş verib. Mollaşıxalı kənd sakini Vidadi Eyyubov həmyerlisi Vüsal Məmmədcanovun idarə etdiyi “QAZ-5201” markalı avtomobilin yük yerindən yıxılıb. Hərəkət halında olan maşından yıxılmış V. Eyyubov xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR