Bank Of Baku

Masallı sakini Viləşçayda boğulub

Masallı sakini Viləşçayda boğulub
# 30 iyul 2007 14:46 (UTC +04:00)
Bu gün səhər saat 08.00 radələrində Viləşçay su dəryaçasının Əmir Türbəsi adlanan ərazisində kişi meyiti tapılıb. Mərhumun Masallı rayon Tatyan kənd sakini, 1934-cü il təvəllüdlü Poladxan Abdullayev olduğu müəyyənləşdirilib. Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, ötən gecə P. Allahverdiyevin ailə üzvləri Masallı rayon Polis Şöbəsinə müraciət edərək onun evə qayıtmadığını bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində P. Abdullayevin meyiti tapılıb. Məlum olub ki, mərhum dünən səhər mal-qaranı örüşə aparıb. O, suya girən camışları çıxarmaq üçün özü də suya girib və nəticədə burulğana düşərək boğulub. Mərhumun meyiti tibbi ekspertizadan keçirilib. Cəsədin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR