Bank Of Baku

Satıcını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

Satıcını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb
# 31 iyul 2007 15:32 (UTC +04:00)
Lökbatan qəsəbəsi, Musəvi küçəsi 5 ünvanındakı mağazada satıcı işləyən 31 yaşlı Səidə Ağayevanın qətli ilə bağlı cinayətin üstü açılıb. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində bu gün hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda həmin şəxs dindirilir.
Qeyd edək ki, S. Ağayeva iyulun 29-da saat 19 radələrində işlədiyi mağazada naməlum şəxs tərəfindən beş bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətlin şəxsi münasibətlər zəminində törədildiyi ehtimal olunur. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR