Bank Of Baku

Ötən gecə Ramanada ağır yol qəzası baş verib

Ötən gecə Ramanada ağır yol qəzası baş verib
# 01 avqust 2007 11:28 (UTC +04:00)
Ötən gecə Ramana qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beyləqan rayon sakini İlqar Nəcəfov idarə etdiyi “QAZ-2410” markalı maşını Bünyadzadə küçəsindəki evin hasarına vurub. Nəticədə evin hasarı uçub, həmin evdə yaşayan İlham Nəcəfov, həyat yoldaşı Günel Abbasova və oğlu, 1996-cı il təvəllüdlü Hüseynəli müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Hüseynəli Nəcəfov aldığı xəsarətdən xəstəxanada keçinib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR