Bank Of Baku

Narkotik maddə satmaqda təqsirli bilinən Gədəbəy sakini tutulub

Narkotik maddə satmaqda təqsirli bilinən Gədəbəy sakini tutulub
# 01 avqust 2007 15:38 (UTC +04:00)
Gədəbəy rayon Yenikənd kənd sakini Eldəniz Bayramov 20 qram marixuananı könüllü olaraq polisə təhvil verib. Eldəniz Bayramovun şikayətinə əsasən, Gədəbəy rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satmış Mulutəpə sakini Altay Məmmədov tutulub. Bu barədə APA-nın Qərb bürosuna Gədəbəy rayon Polis İdarəsinin rəis müavini Fəzail Məmmədov məlumat verib. Onun sözlərinə görə, saxlanılan Altay Məmmədov ötən il oğurluqda günahkar bilinərək həbs olunub və 20 gün azadlığa buraxılıb. İlkin dindirilmə zamanı Altay Məmmədov marixuananı şəhərin kənarında yabanı halda bitən çətənə kollarından əldə etdiyi bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR