Bank Of Baku

“Gəncə qapıları” abidə-kompleksinin tikinti sahəsində yanğın baş verib

“Gəncə qapıları” abidə-kompleksinin tikinti sahəsində yanğın baş verib
# 02 avqust 2007 08:30 (UTC +04:00)
Gəncə şəhərinin giriş hissəsində, Bakı-Qazax yolunun üzərində tikilən simvolik “Gəncə qapıları” abidə-kompleksində yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında baş verən yanğının söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb olunub. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikintidə aparılan qaynaq işləri olub. Qaynaq zamanı ətrafa yayılan qığılcımlar beton tökülməsi üçün istifadə olunan taxta arakəsmələrin alışması ilə nəticələnib. Çətinliklərə baxmayaraq, yanğını söndürmək mümkün olub, abidə-kompleksinə ciddi ziyan dəyməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR