Bank Of Baku

Əli Bayramlıda ölümlə nəticələnən yol qəzası baş verib

Əli Bayramlıda ölümlə nəticələnən yol qəzası baş verib
# 02 avqust 2007 10:28 (UTC +04:00)
Əli Bayramlıda piyada yolu keçərkən avtomobillə vurulub. Əli Bayramlı Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 10:30 radələrində şəhərin Hacıqəhrəmanlı qəsəbəsində Salyan rayonunun Qaraçala kənd sakini Xandədə Şahmar oğlu Abdullayev idarə etdiyi “VAZ-2106” markalı 52 BE 306 dövlət nömrə nişanlı avtomobillə 1935-ci il təvəllüdlü Qızbəs Əliyar qızı İbadovanı vuraraq ağır yaralayıb. Yaralı sürücü tərəfindən şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR