Bank Of Baku

Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb

Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb
# 03 avqust 2007 14:09 (UTC +04:00)
Dünən respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əli Bayramlı şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində Salyan rayon sakini Xandədə Abdullayev idarə etdiyi “VAZ-2106” markalı maşınla qəsəbə sakinləri Qızbəst İbadova və onun nəvəsi, 2003-cü il təvəllüdlü Emini vurub. Nəticədə xəsarət almış Q. İbadova ilə nəvəsi yerləşdirildikləri xəstəxanada keçiniblər. Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində araşdırma aparılır. Səbayel rayonu Salyan şossesində Bakı şəhər sakini Rauf Kazımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Əbdüləlim Hacıqədirovu vurub. Ağır bədən xəsarəti almış Ə.Hacıqədirov xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Səbayel Rayon Polis İdarəsində araşdırma aparılır. Göyçay rayonunun Qaraməryəm kəndində Bakı şəhər sakini Ehtiram Ağayev isə idarə etdiyi “Mercedes-190” markalı maşını aşırıb. Nəticədə xəsarət almış E. Ağayev və sərnişini, Ağdam rayon sakini Xəyyam Əvəzov xəstəxanaya yerləşdiriliblər. X. Əvəzov orada keçinib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Babək rayonunun Badaşqan kəndində Naxçıvan şəhər sakini Ramazan Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Kərimbəyli kənd sakini Mais Şahməmmədovu vurub. Nəticədə M.Şahməmmədov hadisə yerində keçinib. Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır. Tovuz rayonunun Bozalqanlı kəndində Gəncə şəhər sakini Sakit Əhmədov idarə etdiyi “Toyota” markalı maşını aşırıb. Nəticədə S.Əhmədov hadisə yerində keçinib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır RPŞ tərəfindən araşdırmalar aparılır.
Bu gün isə Zabrat I qəsəbəsində 10 mm 441 nömrəli “Tofaş” markalı maşınla 90 AJ 274 nömrəli, “KaMAZ” markalı maşın toqquşub. APA-nın məlumatına görə, nəticədə “Tofaş”-ın sürücüsü Əşrəf İsmayılov yüngül bədən xəsarəti alıb. Hadisəyə səbəb “Tofaş”-ın qarşı yola çıxması olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR