Bank Of Baku

Bakıda daha 5 nəfər günvurma diaqnozu ilə xəstəxanaya müraciət edib

Bakıda daha 5 nəfər günvurma diaqnozu ilə xəstəxanaya müraciət edib
# 04 avqust 2007 09:00 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev bildirib ki, Bakının Yasamal, Sabunçu, Nəsimi və Qaradağ rayon sakinləri olan bu şəxslər 20-36 yaş arasındadırlar. Xəstələrdən yalnız biri - Nəsimi rayon sakini olan 22 yaşlı qadına ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Klinik Xəstəxanada yerləşdirilib. Dünən axşam 21.00-22.00 radələrinə xəstəxanaya orta ağır vəziyyətdə müraciət edən bu qadının vəziyyəti hazırda stabildir. Onun bu gün evə buraxılacağı gözlənilir. Ümumilikdə isə indiyədək Bakıda 17 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR