Bank Of Baku

Tovuzda baş verən yol qəzasında bir nəfər ölüb

Tovuzda baş verən yol qəzasında bir nəfər ölüb
# 04 avqust 2007 09:15 (UTC +04:00)
Avqustun 2-də axşam saatlarında Tovuz rayonunun girəcəyində, Bakı-Qazax magistralının 428-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini Əhmədov Sakit Səməd oğluna məxsus “Toyota-prado” markalı 10-KF-500 dövlət nömrə nişanlı avtomobil yoldan çıxıb və ağaclara, elektrik dirəyinə çırpılaraq aşıb. Xəsarət alan Sakit Əhmədov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR