Bank Of Baku

Avropa Hərbi Assosiasiyalar Təşkilatı hərbçilərin hüquq və azadlıqlarına dair tövsiyələr hazırlayıb

Avropa Hərbi Assosiasiyalar Təşkilatı hərbçilərin hüquq və azadlıqlarına dair tövsiyələr hazırlayıb
# 06 avqust 2007 08:52 (UTC +04:00)
Avropa Hərbi Assosiasiyalar Təşkilatının (EUROMIL) Avropa Şurasına (AŞ) üzv ölkələrdə hərbçilərin hüquq və azadlıqlarına dair hazırladığı tövsiyələrin Avropa Şurası Nazirlər Komitəsində müzakirəyə çıxarılması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan EUROMİL-in prezidenti Emmanuel Yakob məlumat verib. O bildirib ki, indiyə qədər Avropa Şurası Parlament Assambleyası səviyyəsində belə bir tövsiyə qəbul edilib: “Bizim hazırladığımız sənədin 2008-ci ildə Nazirlər Komitəsində qəbulu gözlənilir. Bu tövsiyələrdə hərbçilərin assosiasiyalar yaratmaq azadlığı, ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı və s. müddəalar əksini tapıb”. E. Yakobun sözlərinə görə, bu gün Böyük Britaniya və Fransa da daxil olmaqla, bir çox Avropa ölkəsində hərbçilərin toplaşmaq azadlığı yoxdur. Nazirlər Komitəsi tövsiyələri qəbul etdikdən sonra bu, bütün AŞ üzvlərinə şamil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR