Bank Of Baku

Bakıda günvurma ilə bağlı həkimə müraciət edənləri sayı 19-a çatıb

Bakıda günvurma ilə bağlı həkimə müraciət edənləri sayı 19-a çatıb
# 06 avqust 2007 09:01 (UTC +04:00)
Bakıda günvurma diaqnozu ilə xəstəxanaya müraciət edənləri sayı 19-a çatıb. Bu barədə APA-ya məlumat verən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev bildirib ki, sonuncu 2 xəstə avqustun 4-də günün II yarısında müraciət edib. Onların hər ikisi orta ağır vəziyyətdə 2 saylı Xətai rayon xəstəxanasında yerləşdirilib. Xəstələrin vəziyyəti artıq sabitləşib. R. Nağıyev deyib ki, indiyədək günvurmadan əziyyət çəkənlərin heç birinin vəziyyətində ağırlaşma hiss olunmayıb.
Qeyd edək ki, bundan öncəki günlərdə 17 nəfər günvurma diaqnozu ilə xəstəxanaya müraciət edib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR