Bank Of Baku

Zaqatalada baş verən yol nəqliyyat hadisəsində bir nəfər ölüb

Zaqatalada baş verən yol nəqliyyat hadisəsində bir nəfər ölüb
# 06 avqust 2007 09:51 (UTC +04:00)
Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Zaqatala şəhəri, Nərimanov küçəsində Kamran İbrahim oğlu İbrahimov idarə etdiyi VAZ-2106 markalı, 62 BC 138 dövlət nömrə nişanlı maşınla 1929-cu il təvəllüdlü piyada Qurban Didey oğlu Məmmədovu vurub. Q. Məmmədov ağır kəllə-beyin travması ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən Kamran İbrahimov hələlik saxlanılmayıb. Faktla bağlı Zaqatala rayon polis şöbəsində istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR