Bank Of Baku

Balakəndə 6 yaşlı qız yol qəzasında ölüb

Balakəndə 6 yaşlı qız yol qəzasında ölüb
# 06 avqust 2007 09:53 (UTC +04:00)
Balakəndə baş vermiş yol nəqliyyat hadisəsində azyaşlı uşaq həlak olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Dünən saat 10:00 radələrində rayonun Bedağar kəndi ərazisində rayonun Qazma kənd sakini, 1974-cü il təvəllüdlü İbrahim Rəsul oğlu Qarakişiyev özünə məxsus VAZ-2106 markalı, 10 XC 634 dövlət nömrə nişanlı maşınla 2001-ci ildə anadan olmuş Bedağar kənd sakini Qızyetər Çingiz qızı Nuruyevanı vurub. İlkin istintaq zamanı məlum olub ki, hadisənin baş veməsinə səbəb 6 yaşlı Qizyetərin qəflətən R. Qarakişiyevin idarə etdiyi maşının qabağına atılması olub. Baş vermiş yol nəqliyyat hadisəsindən dərhal sonra zərərçəkən aldığı ağır bədən xəsarəti ilə koma vəziyyətində rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin 6 yaşlı Qızyetərin aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı R. Qarakişiyev artıq saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR