Bank Of Baku

Daşkəsən rayonuna yağan güclü yağış sellə nəticələnib

Daşkəsən rayonuna yağan güclü yağış sellə nəticələnib
# 06 avqust 2007 13:24 (UTC +04:00)
Sel nəticəsində yol altında 4 su ötürücü boru və yolun üstü dağ süxurları ilə dolub. Daşkəsən rayon 22 saylı Yol İstismar İdarəsinin müdiri Nəriman Süleymanov APA-ya bildirib ki, sel Gəncə-Daşkəsən yolunun 25 və 26-cı kilometrliyində yolun 12.100 kvadrat metr kənarının hissə-hissə yuyub və 22 kvadrat metr asfalt örtüyünü dağıdıb: “Bundan başqa, sel 180 kub/metr torpaq yatağını, su ötürücülərin giriş və çıxışında suyu tənzimləyən beton başlıqları və yolun çaya tərəf olan alt hissəsində yerləşən 28 kub/metr beton istinad divarını dağıdaraq yuyub aparıb.
Selin nəticələrinin aradan qaldırılması üçün aparılan işlər çərçivəsində biz ilkin olaraq yola tökülmüş 120 kub/metr çınqıl və daşı təmizləmişik. Hazırda avtomobillərin hərəkət etməsini çətinləşdirən heç bir maneə qalmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR