Bank Of Baku

Yol-nəqliyyat hadisələrində 3 nəfər həlak olub

Yol-nəqliyyat hadisələrində 3 nəfər həlak olub
# 06 avqust 2007 13:43 (UTC +04:00)
Dünən respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində 3 nəfər həlak olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
Əzizbəyov rayonu Pirallahı qəsəbəsində, qəsəbə sakini Məlikməmməd Məmmədov idarə etdiyi “VAZ-21011” markalı maşını aşırıb. Nəticədə M. Məmmədov aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində araşdırma aparılır. Xaçmaz rayonu ərazisində Qusar şəhər sakini Farid Bəşaratov idarə etdiyi “VAZ-2106” markalı maşınla Köhnə Xudat kənd sakini Ramil Mahmudovu vurub. Nəticədə R. Mahmudov aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. Abşeron rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Elgün Qarayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Xırdalan şəhər sakini Nüsrət Abdullayevi vurub. Nəticədə N. Abdullayev yerləşdirildiyi xəstəxanada keçinib. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR