Bank Of Baku

İyul ayında Gəncədə 19 yol-nəqliyyat hadisəsi baş verib

İyul ayında Gəncədə 19 yol-nəqliyyat hadisəsi baş verib
# 07 avqust 2007 09:20 (UTC +04:00)
Bu ilin iyul ayında Gəncə şəhərində 19 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Dövlət Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, baş verən hadisələrdən 7-si piyadanın vurulması, qalanları isə avtomobillərin toqquşması ilə nəticələnib. A. Zeynalov əlavə edib ki, ötən ay ərzində 1700 inzibati protokol tərtib edilib, 110 sürücü avtomobili sərxoş idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib: “Son vaxtlar Gəncə şəhərində avtoxuliqanların sayı xeyli azalıb. Artıq Gəncə şəhəri üzrə gecələr də 3 maşın olmaqla əməkdaşlarımız növbə çəkirlər. Bu da ən çox gecələr fəaliyyətə başlayan avtomobil dələduzlarının və sərxoş sürücülərin aşkar edilərək tənbeh olunmasında xeyli yardımçı olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR