Bank Of Baku

Gəncə Şəhər Polis İdarəsinin bölmə rəisini maşınla vurublar

Gəncə Şəhər Polis İdarəsinin bölmə rəisini maşınla vurublar
# 11 avqust 2007 12:05 (UTC +04:00)
APA-nın qərb bürosunun xəbərinə görə, əməliyyat zamanı polis əməkdaşları içərisində 3 nəfər olan “VAZ-21012” markalı avtomobili saxlayıb. Bölmənin rəisi Nizami Hüseynov avtomobilin qarşısına keçərək, içəridəki şəxslərin yerə düşməsini tələb edib. Lakin əmrə tabe olmayan naməlum şəxslər avtomobili N. Hüseynovun üzərinə sürərək hadisə yerindən qaçıblar. Müxtəlif bədən xəsarətləri alan bölmə rəisi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər az sonra həbs ediliblər. Hələlik hüquq-mühafizə orqanları nə hadisə, nə də saxlanılanlar barədə heç bir məlumat vermirlər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR