Bank Of Baku

Bakıda yeni tikilən binalardan birinin fəhləsi liftin şaxtasına düşərək ölüb

Bakıda yeni tikilən binalardan birinin fəhləsi liftin şaxtasına düşərək ölüb
# 11 avqust 2007 12:21 (UTC +04:00)
Avqust 10-da saat 23:00 radələrində Nərimanov rayonu Aşıq Alı küçəsi-20 ünvanında yeni tikilən binanın mənzillərinin birində fəhlə işləyən Qazax rayonunun I Şıxlı kənd sakini, 1982-ci il təvəllüdlü Asif Oruc oğlu Omarov həmin binanın 13-cü mərtəbəsindən liftin şaxtasına düşərək ölüb. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Yaşar Əbiyevin APA-ya verdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR