Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızlardan birinin meyitinin axtarışı hələ də davam edir

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızlardan birinin meyitinin axtarışı hələ də davam edir
# 13 avqust 2007 08:14 (UTC +04:00)
Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov APA-ya bildirib ki, polis əməkdaşları qruplarla Samur-Abşeron kanalda və onun ətrafında axtarış aparırlar. Axtarışın nəticə verəcəyinə ümid etdiyini deyən N. Sadıqov cinayəti törətməkdə təqsirləndirilən Dəvəçi rayonu Qələgah kənd sakini Təvəkkül İsmayılovun Reyhanə Məcidovanın taleyi ilə bağlı yanlış ifadə vermədiyini ehtimal etdiyini deyib: “Şəxsi mülahizəmə əsaslanaraq deyə bilərəm ki, Təvəkkül İsmayılov bu barədə yalan danışa bilməz. Əgər o Nailə Məcidovanın meyitini kanala atıbsa, kiçik bacının da meyitini ora atıb. Bütün bunlara baxmayaraq, kanal və onun ətrafında axtarış aparılır”. N. Sadıqov cinayəti törətməkdə təqsirləndirilən T. İsmayılovun hələ Bakıya etap edilmədiyini də deyib.
Qızların atası Zamir Məcidov isə APA-ya açıqlamasında aparılan axtarış tədbirlərindən narazı olduğunu və kiçik qızının meyitinin tezliklə tapılmasını tələb etdiyini deyib. O, hazırda yaxın qohumları ilə birgə rayon prokurorluğunun qarşısına toplaşdıqlarını da bildirib: “5-6 gündür qızımın meyitini tapa bilmirlər. Polisə inanmıram, ona görə də bunu, prokurordan tələb edirəm. Uşağı polisdən çox kənd camaatı axtarır”.
Qeyd edək ki, öldürülən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Meyit həmin gün ailəyə təhvil verilib və avqustun 10-da dəfn olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR