Hacıqabul sakini “KamAZ”ın altında qalıb
13 avqust 2007 10:49 (UTC +04:00)
Hacıqabul sakini “KamAZ”ın altında qalaraq ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə avqustun 11-də saat 14:30 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində “Azərinşaatservis” şirkətinin sürücüsü İdris Hafiz oğlu Məmmədov idarə etdiyi “KamAZ” markalı 90 AE 642 dövlət nömrə nişanlı çınqılla dolu avtomaşını geriyə sürərkən baş verib. Bu zaman həmin şirkətin fəhləsi, 1980-ci il təvəllüdlü Sarxan Maşı oğlu Axundov təkərin altında qalıb. Ağır yaralanan fəhlə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. /APA/