Balakən sərhəd dəstəsinin əsgəri silahı ilə birlikdə xidmət yerini tərk edib
13 avqust 2007 11:31 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 2007-ci ilin yanvarında Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1989-cu il təvəllüdlü Elşad Nəriman oğlu Həsənov xidməti silahını da götürərək xidmət yerini tərk edib. Qeyri-rəsmi məlumata görə, komandiri ilə mübahisə edən E. Həsənov xidmət yerini tərk edərkən kiməsə xəsarət yetirib. Balakən Rayon Polis Şöbəsindən verilən xəbərə görə, əsgərin axtarışı istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Qeyd edək ki, DSX-nin rəisi Elçin Quliyevin Balakənə bu günə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. /APA/
Hadisə
Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar var
13:21
3 may 2024
Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTO
12:23
3 may 2024
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı daha bir maliyyə xidməti rəisi həbs edilib
12:19
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB-1
11:50
3 may 2024