Bank Of Baku

Sabirabadda “Mersedes” kanala düşüb, sürücü suda boğulub

Sabirabadda  “Mersedes” kanala düşüb, sürücü suda boğulub
# 16 avqust 2007 07:55 (UTC +04:00)
Sabirabadda “Mersedes” markalı avtomobil kanala düşüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Avqustun 15-də axşam radələrində Sabirabadda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Əli Bayramlı sakini, 1973-ci il təvəllüdlü, Neftçilər küçəsi 3, mənzil 43-də yaşayan Axundov Aqil Arif oğlunun idarə etdiyi “Mercedes” markalı 10-NT-603 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən sürücü avtomobilə nəzarəti itirib, maşın su kanalına yuvarlanıb. Nəticədə sürücü suya düşən avtomobilin içində boğularaq dünyasını dəyişib. Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR