Bank Of Baku

Azərbaycanın Əli Bayramlı şəhərinin sakini arı sancmasından dünyasını dəyişib

Azərbaycanın Əli Bayramlı şəhərinin sakini arı sancmasından dünyasını dəyişib
# 16 avqust 2007 08:03 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər xəstəxənasından verilən məlumatda bildirilib ki, şəhərin Tofiq İsmaylov küçəsi 27, mənzil 18 ünvanında yaşayan 1981-ci il təvəllüdlü sakini Paşayev Ramil Famil oğlunu avqustun 15-də saat 20.30 radələrində satıcı işlədiyi mağazada başından arı sancıb. Onun halının pisləşdiyini görən ətrafdakılar təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlərin səyinə baxmayaraq, Ramil Paşayev mağazada dünyasını dəyişib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ramil Paşayev allergiya nəticəsində “anaflaktik şok” vəziyyətinə düşərək, dünyasını dəyişib. Faktla bağlı Əli Bayramlı şəhər Polis Şöbəsində tədqiqat aparılır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR