Bank Of Baku

Azərbaycandakı “Neapol” istirahət mərkəzinin yaxınlığındakı hadisənin araşdırılması üçün komissiya yaradılıb

Azərbaycandakı “Neapol” istirahət mərkəzinin yaxınlığındakı  hadisənin araşdırılması üçün komissiya yaradılıb
# 16 avqust 2007 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri onun meyitini ötən gecə saat 2.00 radələrində dağıntılar altından çıxarmağa nail olublar.
Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov APA-ya açıqlamasında Dövlət Əmək Müfətişliyi, FHN və prokurorluq əməkdaşlarından ibarət komissiyanın faktla bağlı araşdırma apardıqlarını söyləyib. Onun sözlərinə görə, hadisə ilə bağlı əlavə saxlanılan yoxdur. T. Ağacanov faciə nəticəsində həlak olanların meyitlərinin artıq ailələrinə təhvil verildiyini də söyləyib.
Qeyd edək ki, bu il avqustun 14-də “Neapol” istirahət mərkəzinin yaxınlığında tikilməkdə olan binanın üçması nəticəsində Rafiq Məmmədov və Rauf Abdullayev adlı iki nəfər ölüb, Rasim Məmmədov adlı fəhlə isə yaralanıb. Hadisə baş berən zaman tikinti meydançasında olan 17 işçidən 14-ü heç bir xəsarət almayıb.
Hadisə ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi müstəntiq Xanlar Qafarovun icraatındadır.
Hadisə ilə bağlı iş icraçısı Alıyev Şamil Mahmud oğlu saxlanılıb. Saxlanılan şəxs ətrafına bir qrup fəhlə və tikinti işçilərini yığaraq, bu binanın tikintisi ilə məşğul olub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR