Bank Of Baku

Salyan sakininin heyvanlarını oğurlayan Əli Bayramlı sakini həbs olunub

Salyan sakininin heyvanlarını oğurlayan Əli Bayramlı sakini həbs olunub
# 16 avqust 2007 09:33 (UTC +04:00)
Salyan sakininin heyvanlarını oğurlayan şəxs yaxalanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarov məlumat verib. Onun sözlərinə görə, avqustun 13-dən 14-nə keçən gecə Salyan rayonunun Bəydilli kənd sakini Eyvaz Yolçu oğlu Eyvazovun 2 inəyini və 2 danasını oğurlayan Əli Bayramlı şəhəri sakini Elşən Fikrət oğlu Talıbov avqustun 15-də Əli Bayramlıda Salyan RPŞ-nin əməliyyat qrupu tərəfindən həbs edilib. Məlum olub ki, Elşən Talıbov oğurlanmış heyvanları Əli Bayramlı sakini Rövşən Əşrəf oğlu Əliyevə satıb. Heyvanlar maddi sübut kimi polis tərəfindən götürülüb. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR