Bank Of Baku

Qəza baş verən bina “Neapol” İstirahət Mərkəzinə aid deyil

Qəza baş verən bina “Neapol” İstirahət Mərkəzinə aid deyil
# 16 avqust 2007 11:05 (UTC +04:00)
Həmin binanın tikildiyi ərazi də “Neapol” istirahət mərkəzinə aid deyil”. Bu açıqlama APA-ya “Neapol” İstirahət Mərkəzinin baş meneceri Anar Nəzərov tərəfindən göndərilib. A. Nəzərov açıqlamasında hazırda “Şən” MMC-yə məxsus olan “Neapol” istirahət mərkəzinin ərazisində heç bir tikinti aparmadığını bildirib: “Qəza baş verən bina ilə bizim mərkəzin heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, hadisə yerinə çoxlu dövlət rəsmiləri və mətbuat gəldiyindən biz onlara ərazimizdə dayanmaq icazəsi vermişik. Bəlkə də buna görə həmin tikilinin “Neapol”a aid olması barədə xəbərlər yayılıb. Amma bildirirəm ki, tikintisi aparılan bina tamamilə başqa firmaya məxsusdur”. A. Nəzərov bu məsələdə “Neapol”un adının hallandırılmasının şirkətin imicinə ziyan vurur, fəaliyyətini zəiflədir: “Bu, həm də “Neapol”un xarici qonaqları, əməkdaşlıq etdiyi xarici təşkilatlar tərəfindən narahatlıqla qarşılanır. “Neapol” İstirahət Mərkəzi turistlərə, şirkətlərə və iş adamlarına əvvəlki qaydada fəaliyyət göstərdiyini, heç bir təhlükə olmadığını bəyan edir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR