Bank Of Baku

Fəaliyyəti dayandırılan bazarın satıcıları Salyan rayon icra hakimiyyəti binasının qarşısında piket keçiriblər

Fəaliyyəti dayandırılan bazarın satıcıları Salyan rayon icra hakimiyyəti binasının qarşısında piket keçiriblər
# 28 avqust 2007 13:00 (UTC +04:00)
Fəaliyyəti iki ay əvvəl dayandırılmış Salyanın keçmiş kolxoz bazarının satıcıları bu gün rayon icra hakimiyyətinin qarşısında piket keçiriblər. APA-nın məlumatına görə, rayon icra hakimiyyətinin binası qarşısına toplaşan 50-dək satıcı hər hansı şüar səsləndirmədən icra başçısı ilə görüşmək istədiklərini və bazarın fəaliyyətinin bərpa olunmasını tələb etdiklərini deyiblər. Rayon icra başçısının müavini Etibar Hüseynov satıcılarla görüşüb və onlara başçının məzuniyyətdə olduğunu deyib. Müavin icra başçısı Rasim Bəşirovun 20 gün məzuniyyətdə olacağını və buna görə də bazarın fəaliyyətinin növbəti 20 gündə də bərpa olunmayacağını bildirib. Satıcılar daha sonra rayon Gigiyena və Epidemiologiya Mərkəzinin binası qarşısına toplaşıblar. Mərkəzin rəhbərliyi isə bildirib ki, bazarın fəaliyyətinin bərpa olunması onlardan asılı deyil. Mərkəz səlahiyyətliləri bazarda yenidən monitorinqlər keçiriləcəyini də qeyd ediblər. Aksiya zamanı hər hansı polis müdaxiləsi qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR