Bank Of Baku

Müğənni Rəqsanənin bacısı və anası insan alveri ilə bağlı həbs olunub - YENİLƏNİB

Müğənni Rəqsanənin bacısı və anası insan alveri ilə bağlı həbs olunub - <font color=#FF0000>YENİLƏNİB</font>
# 28 avqust 2007 14:51 (UTC +04:00)
Hazırda Goranboy rayonunun pasport-masa bölməsinin rəisi ilə birgə rayon polis şöbəsi bu məsələni araşdırıb. Bu şəxs Rəqsanə İsmayılovanın bacısıdır. Bu barədə APA-ya Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.
Daxili İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, saxlanılan E. İsmayılova 1978-ci il təvəllüdlüdür. DİN-dən onu da bildiriblər ki, o saxlanılandan sonra aparılan əməliyyat tədbirləri nəticəsində dəstənin üzvü, E. İsmayılovanın anası, 1952-ci il təvəllüdlü, Goranboy rayon sakini Adilə Həsənova da həbs edilib. Məlumata görə, qrup üzvləri Azərbaycandan qadınları Türkiyəyə apararaq, onların cinsi istismara məruz qoyulmasında günahlandırılırlar. DİN-dən hazırda saxlanılanlarla bağlı istintaq tədbirləri davam etdirildiyi üçün əlavə məlumat verilməyib.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da APA-ya bildirib ki, E. İsmayılovanın qurbanları sırasında olan zərərçəkmiş qadınlardan biri mərkəzə müraciət edib. O, müraciətində E. İsmayılovanın müğənni Rəqsanənin bacısı olduğunu qeyd edib.
Müğənni Rəqsanə İsmayıl qızı İsmayılovanın isə APA-ya açıqlamasında Ellada İsmayılova adında bacısı olduğunu təsdiqləyib: “Lakin insan alveri maddəsi ilə həbs olunan Ellada İsmayılova mənim bacım deyil. Həbs olunan qadın Bakı şəhər, bacım isə Goranboy rayon sakinidir. Hamı araşdıra bilər”. Bacısının həbs olunmasını təkzib edən müğənni, eyni ad- soyadlı insanların Azərbaycanda çox olduğunu da deyib: “ Kim istəyirsə, bizim evə gəlib bacımı görə bilər”. APA əməkdaşının Rəqsanənin bacısı ilə görüşmək israrından sonra müğənni “bir saata gələ bilərsiniz, indi mən salona gedirəm” desə də, bir saatdan sonra o, telefona cavab verməyib. Müğənninin prodüseri Təranə isə APA-ya Rəqsanənin bacısının hazırda uşaqları ilə birgə rayonda olduğunu deyib. Təranə “gəlib evdə axtarış aparmayacaqsınız ki?” deyə, ritorik sual da verib. Prodüser məsələ ilə bağlı gələn həftə mətbuat konfransı da keçirəcəklərini qeyd edib.
Rəqsanənin yaxın dostlarından biri isə APA-ya bu gün həbs olunan Adilə Həsənovanın onun anası olduğunu deyib: “Rəqsanənin anasının adı Adilədir”./APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR