Bank Of Baku

Siyəzən gölündə sürüşmə baş verib - YENİLƏNİB

Siyəzən gölündə sürüşmə baş verib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 28 avqust 2007 16:30 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hazırda Samur-Abşeron kanalından Siyəzəndəki sudurulducu gölə su axını qismən dayandırılıb. Bu gün həmin göldə intensiv axtarış tədbirləri aparılıb. Axtarışa Dəvəçi və Siyəzən rayon polis şöbələrinin şəxsi heyəti cəlb olunub. Siyəzən rayon prokuroru Həsən Hənifəyev, rayon polis şöbəsinin rəhbərliyi hazırda axtarış aparılan ərazidə olub. Siyəzən rayon prokuroru H. Hənifəyev APA-nın şimal bürosuna açıqlamasında bildirib ki, axtarış tədbirləri nəticəsiz qalsa, Samur-Abşeron kanalının Ceyranbatan istiqamətində axtarışlar aparılacaq. Siyəzən Rayon Polis Şöbəsinin rəis müavini Xanlar Vahabzadə isə APA-nın əməkdaşına deyib ki, kanalın Xəzər istiqamətinə axtarış briqadası göndərilib.
Gün ərzində Siyəzən gölünün suyu tam boşaldılıb. Bu səbəbdən 21 metr dərinliyi olan göldə qum sürüşməsi baş verib. Gölün suyunun Xəzər dənizinə töküldüyü yerdə müşahidə aparılıb. Axtarış aparılan əraziyə axşam saatlarında Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatov da gəlib. Lakin axtarış və müşahidələr nəticə verməyib. Siyəzən rayon prokuroru Həsən Hənifəyev jurnalistlərə açıqlamasında axtarışların davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma davam edir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR