Bank Of Baku

Bakının mərkəzində hündür mərtəbəli binanın çökməsi ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama ilə çıxış edib

Bakının mərkəzində hündür mərtəbəli binanın çökməsi ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama ilə çıxış edib
# 28 avqust 2007 17:24 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, nazirliyin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, polkovnik Kamil Bağırov bildirib ki, saat 17.00 radələrində Məmməd Naxçıvani küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişməsində hündür mərtəbəli bina uçub. K. Bağırov binanın uçmasına texniki təhlükəsizlik və inşaat qaydalarına riayət edilməməsinin səbəb olduğunu bildirib. Dağıntılar altında qalanların dəqiq sayının onlara məlum olmadığını deyən K. Bağırov qəzanı hiss edən bir neçə fəhlənin vaxtında ərazidən uzaqlaşa bildiyini, xilasetmə işlərinin davam etdirildiyini, artıq bir neçə nəfərin uçqunlar altından çıxarıldığını qeyd edib. O, mühəndis kəşfiyyatı ilə dağıntılar altında qalanların yerinin müəyyənləşdirildiyini, xilasetmə işlərinin uçqunlar altında qalan sonuncu şəxs tapılana qədər davam etdiriləcəyini, hadisə yerinə Mülki Müdafiə Qoşunlarının, Yanğından Mühafizə, Kineloji xidmətlərin, Tikintidə Təhlükəsizlik Agentliyinin əməkdaşlarının cəlb olunduğunu, FHN-in gücləndirilmiş iş rejimində işlədiyini deyib. Binanın 16-17 mərtəbəli olmasının ehtimal edildiyini söyləyən K. Bağırov hazırda bunu müəyyən etməyin çətin olduğunu diqqətə çatdırıb. Binanın “Mütəfəkkir MTK” tərəfindən inşa olunduğunu bildirən K. Bağırov binanın tikintisində təhlükəsizlik və inşaat qaydalarına riayət edilməməsi ilə bağlı şirkətə dəfələrlə xəbərdarlıq olunduğunu vurğulayıb: “Bir neçə dəfə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, inşaat işləri davam etdirilib”. Qəzanın baş verməsinin səbəblərini araşdırmaq üçün xüsusi qrupun yaradıldığını qeyd edən K. Bağırov ətrafdakı bir neçə binanın sakinlərinin evakuasiya olunduğunu bildirib. O, qəza nəticəsində zərər çəkmiş digər binaların sakinlərinin də köçürülə biləcəyini də deyib. /APA/









































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR