Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kənd sakini Reyhanə Məcidovanın meyiti Samur-Abşeron kanalının Siyəzəndəki sudurulducu hövzəsindən də tapılmayıb

Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kənd sakini Reyhanə Məcidovanın meyiti Samur-Abşeron kanalının Siyəzəndəki sudurulducu hövzəsindən də tapılmayıb
# 29 avqust 2007 08:43 (UTC +04:00)
Samur-Abşeron kanalının Siyəzəndəki sudurulducu hövzəsi tam boşaldıqdan sonra da Reyhanə Məcidovanın meyitinin aşkarlanmaması onun valideynləri və axtarışda iştirak edənlər arasında müxtəlif şübhələr yaradıb. İstər mütəxəssislər, istərsə də Məcidovanın valideynləri bu cinayətdə təqsirli bilinərək həbs edilən Qələgah kənd sakini Təvəkkül İsmayılovun yalan danışmasını istisna etmirlər. Samur-Abşeron kanalı su istismarı idarəsinin Siyəzən sahəsinin rəisi Şəmsəddin Xəlilov APA-nın şimal bürosuna açıqlamasında 40 ilə yaxındır bu müəssisədə çalışdığını və demək olar ki, hər il belə axtarışlarda iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Reyhanənin meyiti sudurulducu hövzədə olsaydı, su boşaldılmamış öncə üzə çıxardı: “Biz Məcidovanın tapılması üçün Samur-Abşeron kanalında və göldə gecə-gündüz müşahidələr aparmışıq. Hesab edirəm ki, qızın meyiti burada yox, başqa yerdə axtarılmalıdır”.
Siyəzən rayon prokuroru Həsən Hənifəyev isə APA-nın şimal bürosunun “Ola bilərmi ki, Təvəkkül İsmayılov yalan danışsın və Reyhanənin meyitini başqa yerdə basdırsın?” sualını belə cavablandırıb: “O da ola bilər, amma bu suala istintaq dəqiq cavab verər. Cinayət işinin istintaqını biz aparmırıq. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tam obyektiv şəkildə bütün xüsusatlar araşdırılacaq. Ola bilər ki, ifadələrlə çox şey meydana çıxsın. Lakin mən dəqiq məlumat verməkdə çətinlik çəkirəm”. Prokuror bildirib ki, əgər gölün suyu boşaldıqdan sonra da meyit aşkarlanmayıbsa, deməli, göldə meyit yoxdur. Bununla belə, H. Hənifəyev axtarışların Xızı, Siyəzən və Dəvəçi ərazilərində intensiv şəkildə davam etdiriləcəyini deyib: “Reyhanənin meyiti Samur-Abşeron kanalının müxtəlif hissələrində ilişib qala da bilər. Odur ki, müşahidələr və axtarışlar eyni qaydada aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR