Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından 11 nəfər çıxarılıb, onlardan 8-i ölü, 3-ü yaralıdır FOTOSESSIYA

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından 11 nəfər çıxarılıb, onlardan 8-i ölü, 3-ü yaralıdır <font color=#FF0000>FOTOSESSIYA</font>
# 29 avqust 2007 08:54 (UTC +04:00)
Binanın zirzəmisi salamat qaldığından orada olanların sağ qaldığı ehtimal edilir. Xilasetmə işləri hazırda davam etdirilir.
Qeyd edək ki, dünən saat 18.00 radələrində Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 14 (keçmiş 6-cı Paralel küçəsi) ünvanında yeni tikilən yaşayış kompleksindəki 16 mərtəbəli bina tamam çöküb. Binanın çökməsi nəticəsində yaxınlıqdakı üç binaya zərər dəyib. Həmin binaların sakinləri artıq evakuasiya olunub. 16 mərtəbə olacaq binanın 15 mərtəbəsi hazır imiş. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açılıb. Tikintini aparan “Mütəfəkkir MTK” şirkətinin baş direktoru Əli Muradov, onun qardaşı Əsgər Muradov və iş icraçısı Əsgər Əliyev saxlanılıb. Muradovların qohumları APA-ya bildiriblər ki, çökən bina Əli Muradovun qardaşının adına qeydiyyatda olub. /APA/






















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR