Bank Of Baku

Gürcüstan vətəndaşı Elmixan Nəsibova atəş açan Azərbaycan əsgəri Vasif Ağayevin hərbi hissədə fəaliyyəti məhdudlaşdırılıb

Gürcüstan vətəndaşı Elmixan Nəsibova atəş açan Azərbaycan əsgəri Vasif Ağayevin hərbi hissədə fəaliyyəti məhdudlaşdırılıb
# 29 avqust 2007 08:59 (UTC +04:00)
Avqustun 27-də Gürcüstan-Azərbaycan sərhədində açılan atəşlə öldürülən Gürcüstan vətəndaşı, Marneuli rayonunun Kirəc Muğanlı kənd sakini, 34 yaşlı Elmixan Səməd oğlu Nəsibova atəş açan Azərbaycan Ordusunun əsgəri Vasif Ağayev saxlanmayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, əsgər hazırda qulluq etdiyi hərbi hissədədir və onun fəaliyyəti müəyyən dərəcədə məhdudlaşdırılıb: “Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, vəfat edən şəxs qadağan olunan əraziyə daxil olduğu üçün əsgər ona atəş açıb”.
Qeyd edək ki, İmişli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgərin E. Nəsibova Qırmızı Körpü sərhəd keçid məntəqəsindən 2 kilometr kənarda yerləşən qadağan olunan əraziyə daxil olduğu üçün atəş açdığı bildirilir. Ölüm faktı ilə bağlı Gürcüstan Respublikasının Marneuli rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq gedir /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR