Bank Of Baku

Azərbaycan paytaxtında dünən uçmuş binanın qalıqları altında daha 2 nəfərin sağ qaldığı müəyyənləşib

Azərbaycan paytaxtında dünən uçmuş binanın qalıqları altında daha 2 nəfərin sağ qaldığı müəyyənləşib
# 29 avqust 2007 10:12 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Kamal Paşayevin APA-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumatına görə, hazırda onların xilas edilməsi ilə bağlı iş aparılır: “Uçqunlar altında qalmış şəxslərə xəsarət yetirilməməsi üçün xilasetmə işləri ehtiyatla aparılır. Sağ qalan həmin şəxslər ad və soyadlarını ətrafdakılara söyləyiblər, artıq onlara su və qida da çatdırılıb”.
Qeyd edək ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin operativ araşdırma və informasiya qərargahı yaradılıb. Dağıntılar altında sağ qaldığı ehtimal edilən şəxslərə ilkin tibbi yardım göstərilməsi üçün çadırlar qurulub. Əraziyə əlavə qüvvə və ağır texnika cəlb olunub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR