Bank Of Baku

Ağstafada qaz doldurma məntəqəsində partlayış baş verib, səkkiz nəfər yaralanıb

Ağstafada qaz doldurma məntəqəsində partlayış baş verib, səkkiz nəfər yaralanıb
# 29 avqust 2007 10:43 (UTC +04:00)
Bu barədə APA-nın Qərb bürosuna Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov məlumat verib. Onun sözlərinə görə, hadisə maye qaz doldurma məntəqəsində kiçik qaz balonu doldurulan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan 8 nəfərdən dördünün vəziyyəti ağırdır. Ağır yanıq xəsarəti almış şəxslərdən ikisi Ağstafa rayon mərkəzi xəstəxanasına, ikisi isə Qazax rayon xəstəxanasına yerləşdirilib. Xəsarət almış digər 4 nəfərə Ağstafa rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Ramiz Tatarov bildirib ki, hadisənin təhlükəsizlik qaydalarına düzgün riayət olunmamağı səbəbindən baş verdiyi ehtimal edilir. Hadisə ilə əlaqədar Ağstafa rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR